Bakıda 7-ci sinif şagirdi məktəbdəkiləri bıçaqla hədələyir?

10:00 07.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkədə Bakının Suraxanı rayonunda yerləşən 282 nömrəli məktəbdə sagirdin sinifdə qeyri-etik hərəkətlər etməsi, digər şagirdlərə zor tətbiq etməsilə bağlı məlumatlar yayılıb.

Hafta.az xəbər verir ki, bu barədə jurnalist Natiq Muxtarlı məlumat paylaşıb. Onun sözlərinə görə, məktəbin 7-ci sinfində təhsil alan şagird sinifdə şalvarını çıxarır, qızları küçə söyüşləri ilə təhqir edir, müəllimləri söyür, məktəbə bıçaq gətirib hamını hədələyir. Valideynlər polisə müraciət etsələr də, anası məktəbə hücum çəkir, polisi də söyüb təhqir edir:

“Polis gözünün qarşısında baş verən bu cinayətə reaksiya vermir, tədbir görmür. Böyük ehtimalla, o uşaq kimisə bıçaqlayacaq. Təhsil naziri də, daxili işlər naziri də ondan sonra açıqlama verəcəklər”.

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələyə reaksiya verib. O bildirib ki, 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir: “Rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir. Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq”.

Oxunma sayı 39