Bakıda İndoneziyanın müstəqilliyininin 78-ci ildönümü qeyd olunub (FOTO)

09:04 17.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün – 17 avqust tarixində İndoneziyanın müstəqilliyininin 78-ci ildönümü qeyd edilir. Bu münasibətlə İndoneziyanın Azərbaycandakı Səfirliyi “Bayraqqaldırma mərasimi” təşkil edib.

Hafta.az-ın yazdığına görə, səfirliyin inzibati binasında təşkil olunan və səfir Hildi Hamidin rəhbərlik etdiyi tədbirdə səfirliyin bütün əməkdaşları, Bakıdakı İndoneziya vətəndaşları, tələbələr, İndoneziya təqaüdünün məzunları, həmçinin İndoneziyanın dostları iştirak edib.

İndoneziyanın müstəqilliyininin 78-ci ildönümünün qeyd olunma mərasimi bütün indoneziyalılar tərəfindən “İndonesia Raya” dövlət himninin sədaları altında üç indoneziyalı tələbədən ibarət dəstə tərəfindən dövlət bayrağının qaldırılması ilə başlayıb. Tədbir, 1945-ci ildə İndoneziyanın müstəqilliyinə nail olmaq üçün böyük fədakarlıq göstərmiş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib. Mərasim xalqın və ölkənin rifahı və tərəqqisi üçün duaların oxunması ilə başa çatıb.

Tədbirin tərkib hissəsi olaraq, tort kəsmə mərasimi səfir Hildi Hamid və xanımı Diah Permata tərəfindən həyata keçirilib. Səfir, həmçinin bu ilin iyul ayında keçirilən ənənəvi oyunlarin - yarışların qaliblərinə mükafatlar təqdim edib.

Xatırladaq ki, yarışlar kraker yemək yarışı, domino, stolüstü tennis və stul yarışından ibarət idi. Uşaqlar üçün isə misket oyunu, balıqçılıq, papaq asma və digər oyunlar keçirilmişdi.

Bakıda İndoneziyanın Müstəqilliyininin 78-ci ildönümünün qeyd edilməsi tədbir iştirakçılarının toplanması ilə isti və canlı şəkildə başa çatıb. Müxtəlif İndoneziya ənənəvi yeməkləri, məsələn, “nasi livet” (kokoslu düyü, ədviyyatlarla marinasiya edilmiş toyuq və yumurta, yaşıl lobya və yerköküdən ibarətdir) və digər ənənəvi qəlyanaltılar qonaqlara təqdim edilib.

Bir maraqlı məqamı da unutmaq olmaz ki, iştirakçıların əksəriyyəti ənənənin bir hissəsi kimi, İndoneziya milli geyimlərində olduqları üçün hər kəs özünü bu ecazkar ölkədə hiss edirdi.

İndoneziyanın Müstəqilliyininin 78-ci ildönümünün mövzusu “İrəliləyən, İnkişaf edən İndoneziya”dır. Bu, İndoneziya xalqının irəliləməyə davam etmək və İndoneziyanın inkişafını həyata keçirmək üçün bir-biri ilə əməkdaşlıq etmək ruhunu əks etdirir. Bu, kollektiv şəkildə işləməyin və birgə harmoniyada hərəkət etməyin dəyərinə diqqət yetirir.

Siyasət rubrikasından digər xəbərlər