Bakıda avtomobildən 10 min manat oğurlanıb

17:38 01.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, noyabrın 24-də Nərimanov rayonu ərazisində “Mercedes” avtobmobildən 10.000 manat pul və sənəd oğurlanıb.

Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qobustan rayon sakini Z.Şirinov və Qubadlı rayon sakini R.Camalov saxlanılıblar.

Oxunma sayı 85