Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın olub -FOTO

21:49 19.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunun Ş.Mehdiyev küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın Nazirliyin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, binanın 5-ci mərtəbəsindən 17-ci mərtəbəsinədək şaxtadan keçən kabellər yanıb.

 

Yanğın zamanı 30 nəfərə yaxın bina sakini təxliyə olunub.