Bakıda kafe yanıb

23:58 29.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səbail rayonunda kafedə yanğın hadisəsi qeydə alınıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 231 m² olan birmərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.