Yazını böyüt
Yazını kiçilt
Bu gün İçərişəhər ərazisində - Qız Qalasının yanında, Beynəlxalq Mədəniyyət Mərkəzi və Polşanın ölkəmizdəki Səfirliyi tərəfindən hazırlanmış “Krakov xəzinələri” sərgisinin açılışı olub.

Hafta.az-ın yazdığına görə, bir ay davam edəcək sərgidə Polşa Krallarının iqamətgahı və ölkənin keçmiş paytaxtı Krakov şəhəri ilə bağlı 90 incəsənət və memarlıq əsəri, abidələr və qeyri-maddi irs nümunələri nümayiş etdirilir.

Sərginin rəsmi açılışını Bakıda səfərdə olan Polşa-Azərbaycan Parlament Qrupunun sədri, millət vəkili Yoanna Lixotska və Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ediblər. Arzulayanlar Azərbaycan və ingilis dillərində tərtib edilmiş sərgi ilə iyulun 3-dək tanış ola bilərlər.