Bakıda mebel sexi yanıb

10:18 21.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 600 m² olan birmərtəbəli tikilinin (mebel sexi və anbar kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisinə yığılan yumşaq mebel dəstləri 150 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.