Bakıda mərhum baş redaktorun itkin düşən gəlini tapıldı

14:12 31.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda itkin düşən 29 yaşlı qadın tapılıb. Hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Binəqədi rayonu, 28 may qəsəbəsində yaşayan Babayeva Günel Mübariz qızı avqustun 29-da yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən Trend-ə verilən məlumata görə, G.Babayeva tapılaraq ailəsinə təhvil verilib.

Xatırladaq ki, 1990-cı il təvəllüdlü G.Babayeva mərhum yazıçı-jurnalist, "Ümid press" qəzetinin baş redaktoru Heybət Hörmətin oğlu Səhhət Hörmətin həyat yoldaşıdır.