Bakıda narkotik alverçisinin evindən tapança və qumbara aşkarlandı

14:39 09.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda silahlı şəxs yaxalanıb.

Daxili İşlər nazirliyindən hafta.az-a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş H.Əliyevin ətrafında Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun kirayədə yaşadığı mənzildə silah-sursat gizlətdiyi müəyyən edilib.

Həmin ünvanda keçirilən əməliyyat-axtarış tədbirləri ilə evdən nömrəsi silinmiş pnevmatik tapança, 1 ədəd patron darağı və üzərində alışqanı olan RQD qumbarası aşkar edilərək götürülüb.