Bakıda özəl klinikada kişi əməliyyatdan sonra öldü

10:21 03.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda özəl klinikada 46 yaşlı Bəxtiyar İsmayılov əməliyyatdan sonra ölüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 2-də Yasamal rayonunda yerləşən “Real Hospital”da qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü İsmayılov Bəxtiyar Ağaismayıl oğlu sentyabrın 30-da bağırsaq keçməzliyi diaqnozu ilə hospitala yerləşdirilib və əməliyyat olunub. Daha sonra o, həmin özəl klinikada dünyasını dəyişib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. 

Oxunma sayı 962