Bakıda polis oğurluq edən əcnəbini saxladı

16:58 30.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda oğurluq edən əcnəbi vətəndaş saxlanılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əcnəbi vətəndaş D.Qoqiçaişvili saxlanılmışdır.

Ətrafında aparılmış tədbirlərlə onun daha 4 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.