Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilənlərdən saxlanılan yoxdur - DİN

17:18 07.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a bildirilib ki, bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

 

Cəhdin qarşısı polis tərəfindən dərhal alınmaqla onlar ərazidən uzaqlaşdırılıb. Saxlanılan yoxdur.

Oxunma sayı 437