Bakıda qanunsuz qum daşınması faktı təsdiqləndi

19:21 07.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər rayonu, Zirə qəsəbəsi ərazisindən qum daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Hafta.az-ın məlumatına görə, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ərazidə vətəndaş Əsəd Ağayev tərəfindən “HOWO” markalı 99-RE-643 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə 2592 kubmetr həcmində qumun qanunsuz daşındığı və təbiətə 36 288 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

O qeyd edib ki, təbiətə dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.