Yazını böyüt
Yazını kiçilt
Paytaxtın Nizami rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da rayon ərazisindəki evlərin birindən 1000 manat və 16.000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən ev sahibinin qızı və Bakı şəhər sakini Ə.Məmmədov saxlanılıblar.