Bakıda yağa görə bağlanan yol açıldı - FOTO-YENİLƏNİB

10:13 31.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytatxın Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Bu barədə hafta.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

***

Bakıda yol qəzası baş verib.

Bakı Nəqliyyat Agentliyindən hafta.az-a verilən məlumata görə, Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən "20 Yanvar" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Gecə saatlarında "20 Yanvar" dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb. Hazırda müvafiq qurumların xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür.

Yolun bağlanması ilə əlaqədar olaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdirilib. Avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib.