Bakıda yaşayış kompleksində yanğında 5 nəfər xəsarət alıb

15:59 06.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yaşayış kompleksində yanğın olub.

Səhiyyə Nazirliyindən hafta.az-a verilən məlumata görə, “Cənnət Park" yaşayış kompleksində baş vermiş yanğın nəticəsində 1 nəfər sakin qadın sifətin və yuxarı ətrafların 1-2-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, xəsarət alan 4 Fövqəladə Hallar Nazirliyinin işçisindən ikisi Yanıq Mərkəzinə, ikisi isə Toksikoloji Mərkəzə hospitalizə olunub. 

Xəsarət alanların vəziyyəti yaxşıdır, hazırda ambulator yardım göstərilir.