Bakıdakı güclü partlayış səsinin səbəbi bəlli oldu

11:25 28.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün axşam və bu gün səhər saatlarında Bakının müxtəlif ərazilərində eşidilən güclü partlayış səsinin səbəbi məlum olub.

Hafta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib ki, eşidilən səs şəhəraətrafı ərazilərdə keçirilən hərbi təlimlərlə bağlıdır.

FHN əhalini narahat olmamağa çağırıb.