Bakının mərkəzində qətl - 19 yaşlı gənc öldürüldü

16:05 06.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının mərkəzində qətl törədilib.

Hafta.az xəbər verir ki, hadisə noyabrın 5-i saat 01 radələrində Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun 1987-ci il təvəllüdlü əmisi Babək İbadov tutulub.

Onun əvvəllər məhkum edildiyi və qətli öncədən planlaşdırdığı məlum olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır. /qafqazinfo/