Bakıya gələn baş məşqçidən antirekord

20:17 22.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İngiltərənin “Nyukasl” komandasının baş məşqçisi Eddi Hau klub tarixində arzuolunmaz bir ilklə yadda qalıb.

Hafta.az xəbər verir ki, Tayn-Uir derbisindəki son məğlubiyyət (1:2) onu antirekordçuya çevirib.

Eddi Hau “Nyukasl”ın tarixində çempionatda "Sanderlend"lə hər iki oyunda məğlub olan ilk baş məşqçidir. Bu nəticə klub azarkeşləri tərəfindən böyük məyusluqla qarşılanıb. Çünki bu derbi İngiltərə futbolunun ən gərgin rəqabətlərindən biri hesab olunur.

Qeyd edək ki, “Nyukasl” hazırda 42 xalla 12-ci yerdədir.