Balkan liderləri Ərdoğandan xahiş etdilər: "Lütfən İlham Əliyevə deyin..."

09:30 14.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Bir çox Avropa ölkəsinin lideri bizdən xahiş edib ki, qaz idxalı ilə bağlı onlara kömək edək".

Hafta.az-ın yazdığına görə, bu sözləri Türkiyənin Kənd təsərrüfatı və Meşəçilik naziri Vahit Kirişci Ankaranın Sakarya Meydan Müharibəsi Tarixi Milli Parkında düzənlənən "Sakarya zəfəri"nin 101-ci ildönümü mərasimində deyib. Nazir bildirib ki, xüsusilə də Balkan ölkələrinin liderləri Putinin onlara satılan qazı dayandırmamasına yardım etməmiz üçün rica ediblər.

"Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi səfəri çərçivəsində öncə Bosniya və Hersoqovinada, sonra da Serbiya və Xorvatiyada olduq. Hər üç ölkənin həm prezidentləri, həm baş nazirləri, həm də nazirləri bizdən xahiş etdilər ki. qarşıdan gələn qış aylarında qazın kəsilməməsi üçün Rusiya və Azərbaycan prezidentləri ilə danışıqlar aparaq. Onlar bizə "Nə olar, Şanxay Zirvəsində Putinə söyləyin, Azərbaycan prezidenti İlham Əliyevlə əlaqələriniz yaxşıdır, lütfən rica edin bizim adımızdan, yaxınlaşan qış günlərində bizə satılan qaz və neftin həcmində hər hansı əskiklik etməsinlər" deyirdilər. Bunu kimə dedilər, Türkiyənin prezidentinə. Bir düşünün, üç ölkənin lideri xalqını qışın soyuğundan qorumaq üçün Türkiyə liderindən kömək gözləyir və bunu öz dilləri ilə söyləyirlər", - nazir deyib.

Siyasət rubrikasından digər xəbərlər