Baş direktor: Səhiyyə sahəsində xeyli standartların qəbul edilməsinə ehtiyac var

13:56 11.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda səhiyyə sahəsində xeyli standartların qəbul edilməsinə ehtiyac var.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov bildirib.
Onun sözlərinə görə, bu, həm insanların sağlamlığı, həm də xidmətin yüksəldilməsi üçündür.

"Bu sahədə texniki komitə yaradılmalıdır. Eyni zamanda, energetika sahəsində texniki komitə yaradılmalıdır. Bu komitələrin yaranmaması bizim müasir elektrotexnika sahəsində olan standartlardan məhrum edir. Təəssüf ki, texniki komitələrlə bağlı hələ də arzuladığımız nəticələrə nail olmamışıq. Bunu tədricən bazar formalaşdıracaq. Bir çox ölkələrdə bu komitələri onların yaranmasında maraqlı olan tərəflər yaxud standartın qəbul edilməsini istəyən sahibkarlar formalaşdırır", - deyə İlham Bayramov əlavə edib.