Yazını böyüt
Yazını kiçilt
BMT-nin Baş katibi Antonio Quterreş Qvineyada hərbçilərin həyata keçirdiyi çevrilişi pisləyib.
Hafta.az xəbər verir ki, bu barədə o, özünün tvitter hesabında yazıb.
O, Qvineydakı hadisələri yaxından izlədiyini bildirib və prezident Alfa Kondenin dərhal sərbəst buraxılmasını istəyib.
Qeyd edək ki, Fransanın xarici əməliyyatlarında iştirak etmiş Qvineya ordusunun polkovniki Mamadi Dumbuya televiziyaya çıxaraq ölkənin kontitusiyasının ləğv edildiyini və hökumətin buraxıldığını bildirib. Sosial şəbəkələrdə Qvineya xüsusi təyinatlılarının ölkə prezidenti Alfa Kondeni həbs etdiyi görünür.