Baş nazir tibb işçiləri ilə bağlı qərar imzalayıb

11:29 30.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli Qərarında dəyişiklik edilib.

 

Hafta.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına verilən əlavənin müddəti 2022-ci ilin yanvarın 1-dək uzadılıb.

 

Qeyd edək ki, bu müddət noyabrın 1-də başa çatmışdı.