Baş Prokurorluq Gəncədə törədilən erməni terroru ilə bağlı 5 dildə videoçarx hazırladı

17:44 14.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törədilmiş terror aktı ilə bağlı videoçarx hazırlayıb.

Baş Prokurorluqdan hafta.az-a verilən məlumata görə, videomaterial fransız, ispan, alman, rus, ingilis dillərində hazırlanıb. Videonun məqsədi erməni terrorunu yerli və xarici kütləvi informasiya vasitələri, o cümlədən xaricdə yaşayan soydaşlarımıza və dünya ictimaiyyətinə çatdırmaqdır.