Baş Prokurorluq Göyçayda konfrans keçirəcək

12:44 27.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən noyabrın 3-də Göyçay şəhərində ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil ediləcək.

Baş Prokurorluqdan hafta.az-a verilən xəbərə görə, “Heydər Əliyev və şanlı Zəfər tariximiz” adlı konfransda, Baş Prokurorluğun və digər dövlət qurumlarının məsul şəxsləri, regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edəcək.

 

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə, Zaqatala,Sabirabad və Şəmkir şəhərlərində regional konfranslar təşkil olunub.