Baş Prokurorun "Tərtər işi" ilə bağlı ərizəsi Ali Məhkəmənin plenumunda təmin olunub

11:01 01.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ali Məhkəmənin plenumunda Azərbaycan Respublikası Baş Prokurorunun "Tərtər işi" ilə bağlı ərizəsi təmin olunub.

Hafta.az-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, məhkəmənin qərarı ilə 18 nəfər barəsində iki cinayət işi üzrə son kassasiya qərarı ləğv edilib. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Oxunma sayı 1679