Yazını böyüt
Yazını kiçilt
Əlcəzair xalqına böyük itki üz verib.
Hafta.az yazır ki, Əlcəzairin Baş Qərargah rəisi, ordu generalı Əhməd Kayid Salih vəfat edib. İlkin məlumata görə, generalın ürək tutmasından dünyasını dəyişdiyi deyilir.
Əlcəzairin rəsmi xəbər agentliyi olan APS-nin məlumatına görə, 79 yaşlı Baş Qərargah rəisinin ölümü indiki vaxtda Əlcəzair dövləti və xalqı üçün çox böyük itkidir.
Prezident Əbdülməcid Tebbun artıq Baş Qərargah rəisi vəzifəsinə, Quru Qoşunlarının komandanı, ordu generalı Said Şankarihanı təyin edib.