Batma təhlükəsi olan 5 nəfər xilas edilib

23:56 29.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qobustan", “Corat”, “Mingəçevir” sularda xilasetmə məntəqələrinin ərazisində və 1 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.

Hafta.az xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Məlumata görə, həmin şəxslər nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən sudan çıxarılıb.