Bayden İsveç və Finlandiya ilə bağlı sənədləri Konqresə göndərib

23:57 02.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Bayden İsveç və Finlandiyanın NATO-ya üzvlüyə qəbul edilməsi ilə bağlı sənədləri Konqresə göndərib.

Hafta.az xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

“Mən Finlandiyanın NATO-ya daxil olması ilə bağlı hesabat təqdim edirəm. Oxşar məktub İsveçin Alyansa daxil olması ilə bağlıdır”,- deyə Bayden Konqresin komitə sədrlərinə göndərdiyi məktubda bildirib.

Qeyd edək ki, yeni ölkələrin NATO-ya qoşulması üçün ABŞ Konqresinin yuxarı palatasının razılığı tələb olunur.