Yazını böyüt
Yazını kiçilt
ABŞ-ın Ukraynaya qoşun göndərmək planı yoxdur, Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CBS telekanalında bildirib.
Onun sözlərinə görə, “Ali Baş Komandanın qərarında heç bir dəyişiklik yoxdur. ABŞ hərbçiləri Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etməyəcək”.
Bu şəkildə o, telekanalın Rumıniyaya gələn ABŞ Quru Qoşunlarının 101-ci Hava Desant Diviziyasının komandirinin “Ukrayna ərazisinə girməyə” hazır olduğunu bildirdiyi daha əvvəl yayımlanan xəbərinə münasibət bildirib.
Xatırladaq ki, daha əvvəl MKİ-nin keçmiş rəhbəri Devid Petreus Rusiyanın “şok və dəhşətli” addımlar atacağı təqdirdə ABŞ-ın Ukraynadakı silahlı münaqişəyə müdaxilə edə biləcəyini bildirmişdi.