Bayden ikinci müddətə namizəd olmaq niyyətini təsdiqləyib

12:36 04.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Bayden Möhtərəm Əl Şarptonla müsahibəsində ikinci prezidentlik müddətinə namizədliyini irəli sürəcəyini bildirib.

Hafta.az bildirir ki, yeni prezidentlik müddəti haqqında danışan Bayden deyib: “Mən bunu yenə edəcəyəm”. Ağ Ev hələlik ABŞ liderinin bəyanatını şərh etməyib.

İndiyə qədər Bayden ikinci müddətlə bağlı birbaşa açıqlamalar verməkdən yayınıb. Sentyabrın ortalarında o, yenidən namizəd olmaq niyyətinin "yalnız niyyət" olduğunu və "qətiyyətli qərarın" "daha çox düşünülməsinə" ehtiyac olduğunu söyləmişdi.

Oxunma sayı 1611