Yazını böyüt
Yazını kiçilt
ABŞ Prezidenti Co Bayden prezident seçkilərində iştirakdan imtina edib.
Hafta.az-ın məlumatına görə, o, bununla bağlı sosial mediadakı hesabında bildirib.
“Yenidən seçilmək niyyətim olsa da, geri çəkilməyim, partiyam və ölkəmin maraqları naminə bütün diqqətimi prezident kimi vəzifələrimin icrasına yönəltməyim ən doğrusudur”,- deyə Bayden qeyd edib.
Bayden vitse-prezident Kamala Harrisin prezident seçkilərində namizədliyini dəstəklədiyini əlavə edib.