Bayram günlərində “ASAN xidmət” işləməyəcək

16:39 31.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq dekabrın 31-dən yanvarın 4-dək "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

 

Hafta.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, yanvarın 5-dən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.