BƏƏ bankları Rusiyadan ödənişləri çətinləşdirir

10:15 23.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada iş dünyası sanksiyalara görə beynəlxalq ödənişlərdə çətinliklərlə üzləşməyə davam edir. Türkiyə və Çindən sonra Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələn şikayətlər də artmaqdadır.

Hafta.az-ın “Business FM”ə istinadən yazdığına görə, Rusiya şirkətləri də dirhəm valyutası ilə ödənişlərdə artan problemlər yaşayır.

Bildirilir ki, BƏƏ bankları və müxbir bankları ilə yanaşı, bəzi hallarda Rusiya banklarında da bu ödənişlər bloklana bilər.

BƏƏ-də Rusiya vətəndaşlarının hesab aça bildiyi nadir banklardan olan “Wio” ötən may ayından etibarən Rusiyadan dirhəm, Qazaxıstandan isə dollar və avro ilə ödənişləri qəbul etmir.

Mütəxəssislər bildirirlər ki, ABŞ nəzarəti gücləndirdikdən sonra banklar öz təcrübələrinə yenidən baxırlar.