BƏƏ hökuməti post-pandemiya dövrünə hazırlaşır

10:32 27.06.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yeni koronavirus infeksiyasına 430 yoluxma faktı qeydə alıb və ölkədə infeksiyanın ümumi sayının 46,563-ə çatdığını, ümumilikdə iyunun 25-nə 35,165 nəfərin virusdan sağaldığını, ölüm saynın isə 308-ə çatdığını bildirib.

Hafta.az yazır ki, bu barədə BƏƏ-nin Vitse-prezidenti və Baş naziri, Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum Ümumdünya Qaçqınlar Gününü Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığından Burkina Fasoya təcili humanitar yardımın çatdırılmasını dəstəkləmək üçün yardım uçuşu sifariş edərkən qeyd etdi. BƏƏ bu həftə də Azərbaycana, Tailanda, Somaliyə, Peru və İraqa yardım göndərib. Süni intellekt və bulud hesablamaları üzrə BƏƏ–də mərkəzləşmiş G42 şirkəti və Çinin Sinopharm Group əczaçılıq şirkəti BƏƏ-də COVID-19 peyvəndinin 3-cü sınaq fazasının keçirlməsi üçün icazə əldə ediblər. Bu dünya üzrə insanlarda aparılan son mərhələdə olan ilk sınaqlardan biridir. Dubay turistlərin təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq tibbi sığorta, COVID-19 testi və sağlamlıq haqqından bəyannamənin təqdim edilməsi şərti ilə 7 iyul tarixindən etibarən turistlər üçün açılacağını bildirib. BƏƏ gecə saatlarında hərəkətetmə məhdudiyyətini aradan qaldırdığını və Milli Dezinfeksiya Proqramının müvəffəqiyyətlə tamamlandığını elan edib, 12 yaşdan kiçik uşaqların ölkə daxilindəki ticarət mərkəzlərinə və restoranlarına girməsinə də icazə verilib. Etihad Hava Yolları Avstriyanın tibbi texnologiya istehsalçısı olan Medicus AI şirrkəti ilə turistə ÜST-ün göstərişləri əsasında COVID-19 virusuna yoluxma riskini qiymətləndirmək imkanı verəcək cihazın hazırlanması üçün müqavilə bağlayıb. Emirates Hava Yolları şəbəkəsi daxilində müsbət trafik artım tendensiyasının olduğunu qeyd etdərək səyahətlərə tətbiq olunan məhdudiyyətlərin zəiflədilməsi fonunda cədvəlinə yeni uçuşlar əlavə edir. Hazırda Dubayı 40 şəhərlə birləşdirən nəqliyyat şirkəti yaxın günlərdə daha çox istiqamət təklif etməyi planlaşdırır. BƏƏ təhsil orqanları, milli açılış strategiyasının bir hissəsi olaraq körpələr evləri, məktəblər və universitetlər üçün planlaşdırılan ciddi sağlamlıq tədbirləri əsasında bu ilin sentyabr ayında sinif otaqlarında təhsilə qayıtmaq üçün zəmin hazırlayır.