Belarusda son 15 ildə ilk dəfə bir əcnəbi edam olundu

09:00 23.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Belarusda 2009-cu ildən bəri ilk dəfə əcnəbi vətəndaşa ölüm hökmü çıxarılıb.

Hafta.az-ın yazdığına görə, 30 yaşlı Almaniya vətəndaşı Riko Kriger Belarusda muzdlu əsgər kimi xidmət etmək və terror aktı hazırlamaq da daxil olmaqla 6 fərqli maddə ilə təqsirli bilinərək edam cəzasına məhkum edilib.

Bildirilib ki, Almaniya vətəndaşı güllələnmə ilə edam olunub.

Krigerin cinayətləri ilə bağlı Belarusdan rəsmi açıqlama olmasa da, Almaniya Qızıl Xaç Təşkilatının əməkdaşı Almaniya vətəndaşının “Muzdlu xidmət”, “Casusluq fəaliyyəti”, “Terror aktı”, “Ekstremist təşkilat yaratmaq”, “Nəqliyyat vasitəsini və ya rabitə vasitələrini qəsdən sıradan çıxarmaq”, “odlu silah, döyüş sursatı və partlayıcı maddələrlə bağlı qanunsuz hərəkətlərə görə” məhkum edildiyini bildirib.

Riko Krigerin Ukrayna ordusu sıralarında Rusiyaya qarşı döyüşən Belarus yaraqlılarından ibarət Kastus Kalinouski alayında olduğu iddia edilib. Təşkilat bu iddianı təkzib edib.