Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var - İlham Əliyev

21:00 16.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi var.

 

Hafta.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatında səsləndirib.

 

“Əlbəttə, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar”, - dövlət başçısı vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər