Belarusun Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

15:00 01.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Hafta.az xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyinin və Ticarət Evinin birgə təşəbbüsü ilə edilən videoproyeksiya Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunub.

Axşam saatlarından etibarən təqdim edilən videoproyeksiya şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.