Belçikada məktəblərdə smartfonlar qadağan edildi

09:20 23.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Belçikada Valloniya-Brüssel Təhsil Şəbəkəsinin (WBE) qəbul etdiyi qərara əsasən, avqustun 26-da başlayacaq 2024-2025-ci tədris ilindən etibarən 373 məktəbdə ibtidai və orta məktəb şagirdlərinin özləri ilə smartfon gətirməsi qadağan ediləcək.

Hafta.az-ın yazdığına görə, qadağa 132600 şagirdi əhatə edəcək. Ölkənin flamanddilli kəsimində hökumət hələ də qadağa ilə bağlı razılığını bildirməyib.

Belçikada bütün məktəblər öz qaydalarına əməl edir, hətta bəziləri məktəbə hər cür elektron cihazların gətirilməsini yasaqlayıb.

WBE, qərarın şagirdlərin smartfonlarla bir-birlərinin şəkillərini çəkərək sosial media platformalarında paylaşması və bunun da təzyiq cinayətlərinin sayının artması ilə nəticələndiyini bildirib.