“Tarixdə ilk dəfə olaraq 2024-cü ilin dövlət büdcəsinin yarısından bir qədər çoxu qeyri-neft sektorundan daxil olmaların hesabına formalaşıb. Azərbaycan büdcəsinin strateji xəttləri, ölkəmizin yeni, qüdrətli başlanğıcının astanasında olduğunu göstərir. Belə bir mürəkəb zamanda Azərbayacanın 2024-cü il dövlət büdcəsi müstəsnadır, sosial-iqtisadi strategiyasının təntənəsidir”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında 2024-cü il dövlət büdcəsinin müzakirəsində
K.Səfərov bildirib ki, neft ölkəsi olan dövlətin büdcəsinin 50.2 faizinin qeyri-neft sektorunun hesabına formalaşması ölkəmizdə son illərdə maliyyə sektorunda nizam-intizamın möhkəmlənməsinin, gömrük orqanlarında keçirilən islahatların və şəfafaflığın nəticəsidir.
“2024-cü ildə sosial yönümlü xərclər dövlət büdcəsinin 42.9 faizini təşkil edir. Özünü sosial dövlət hesab edən bir çox dövlətlərin büdcəsində sosial yönümlü xərclərə bu dərəcədə yer verilmir”.
Deputat hesab edir ki, 2024-cü il büdcəsinin mahiyyəti mürəkkəb dünyanın çağırışları ilə səsləşir, Azərbaycan daim bu prinsipial xəttlə inkişaf edir.