Bələdiyyə sədri avtomobil qəzasında həlak oldu

10:07 11.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bazar günü Pakistanın cənub-qərbində yerlşən Zab rayonunun Sura Pul bölgəsində baş verən yol qəzasında Zab Bələdiyyə Komitəsinin sədri Sərdar Nasir də daxil olmaqla 4 nəfər həlak olub.

Hafta.az-ın dunyanewstv-yə istinadən yazdığına görə, hadisə Zab rayonunun Sura Pul ərazisində iki avtomobilin toqquşması nəticəsində baş verib.

Bəlucistanın baş naziri Əli Mərdan Xan Domki qəzada qiymətli insanların itkisinə görə dərin hüzn və kədər ifadə edib. O, həlak olanların ailələrinə başsağlığı verib, mərhumların ruhuna dualar oxuyub.