Bərdədə kanalda bir nəfər batıb

17:53 24.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.