Bərdədə meşə yanır

16:40 26.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdə rayonunda meşə massivində yanğın başlayıb.

Bu barədə hafta.az-a Bərdə rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Bəxtiyar Abdiyev məlumat verib.

Onun sözlərinə görə, hadisə rayonun Cumalar kəndi ərazisindəki Cumalar meşəsində baş verib.

 

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və canlı qüvvəsi cəlb edilib: "Yanğının bir hissəsi söndürülüb. Ərazi meşə fonduna aiddir, bələdiyyə ərazisi deyil. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir".