Berezovskinin keçmiş vəkili Rusiyada axtarışa verilib

18:26 23.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Daxili İşlər Nazirliyi rusiyalı biznesmen Boris Berezovskinin keçmiş vəkili Anatoli Blinovu axtarışa verib. Bu məlumat nazirliyin məlumat bazasında yerləşdirilib.

Həmin şəxs cinayət işi üzrə axtarışa verilib. Nazirlik digər təfərrüatları açıqlamır.

Sentyabrın 20-də Blinovun Polşada həbs olunduğu məlum olub. Bəzi məlumatlara görə, o, mart ayında Vilnüsdə rusiyalı müxalifətçi Leonid Volkova hücumla bağlı həbsə göndərilib.

Ləman