Berlində avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var

12:39 26.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın paytaxtı Berlin şəhərində naməlum şəxs idarə etdiyi avtomobili piyadaların üzərinə sürüb.

Hafta.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 7 nəfər xəsarət alıb. Onlardan biri xəstəxanaya helikopterlə çatdırılıb.

Bildirilir ki, insident "Tsoo" stansiyası yaxınlığında səhər saatlarında baş verib.

 

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.