Beyləqanda anbar yanıb

23:25 18.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyləqan rayonunun Dünyamalılar kəndində ümumi sahəsi 578 m² olan birmərtəbəli anbarın (hazırda fəaliyyət göstərməyən) dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.