Beynəlxalq Kosmik Stansiyanın ilk qadın komandiri O, OLDU

19:47 29.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İtaliyalı astronavt Samanta Kristoforetti Beynəlxalq Kosmik Stansiyaya (BKS) komandanlıq edən ilk Avropa qadını oldu.

“Mən kosmosda və Yer kürəsində əldə etdiyim təcrübəyə əsaslanaraq, orbitdə çox istedadlı komandaya rəhbərlik etməyi səbirsizliklə gözləyirəm” deyə Cristoforetti bildirib.

Hafta.az bildirir ki, Avropa Kosmik Agentliyinin (ESA) məlumatına görə, Cristoforetti orbitdəki astronavtların performansına və sağlamlığına da cavabdeh olacaq.