Yazını böyüt
Yazını kiçilt
Beynəlxalq Qırmızı Xaç Komitəsi Ukrayna şəhərlərinə raket hücumlarından sonra təhlükəsizlik məqsədilə Ukraynadakı işləri dayandırıb. Hafta.az bildirir ki, Norveç Qaçqınlar Şurası da yardımın dayandırıldığını elan edib.
Xatırladaq ki, səhər saatlarında bütün Ukraynada hava həyəcanı elan edilib. Ukraynanın Lvov, Jitomir, Ternopil, Xarkov vilayətlərində, eləcə də Kiyevdə partlayışlardan sonra elektrik enerjisi və mobil rabitə ilə bağlı problemlər yaranıb.
Rusiya Müdafiə Nazirliyi “Ukraynanın hərbi komandanlıq və idarəetmə obyektlərinə, rabitə və enerji sistemlərinə uzaqmənzilli dəqiqlikli silahlarla kütləvi zərbələr endirilməsi” və məqsədə çatması barədə məlumat verib. "Bütün təyin edilmiş obyektlər vurulub" deyib nazirlik.