Bəzi ərazilərdə qaz olmayacaq

11:11 04.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Abşeron rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə hafta.az-a ”Azəriqaz” İB-dən bildirilib.

Bildirilib ki, Abşeron rayonunun Masazır qəsəbəsi, "Qurtuluş 93" ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərində yerləşən "Kristal Abşeron 1" və "Park Xırdalan" yaşayış komplekslərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.