Bəzi rayonlara yağış yağıb

21:32 31.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycandakı faktiki hava şəraiti barədə məlumat açıqlanıb.

ETSN-in Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumatda bildirilir ki, iyulun 31-i saat 21:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Altıağac, Quba, Qusar, Xaltan, Qrızda şimşək çaxıb, arabir yağış yağıb, Qrız və Ləzədə leysan xarakterli intensiv olub.

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, düşən yağıntının miqdarı Ləzədə və Qrızda 42 mm təşkil edib. Qərb küləyinin sürəti Şamaxıda 16 m/s -ə çatıb.